featured-image-53972

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Birbaşa” və “Aznur” komandaları bu gün növbəti oyunlarını keçirəcəklər.

Msport.az xəbər verir ki, ötən mövsüm ölkə çempionatını ikinci pillədə başa vuran “Aznur” Ukraynanın “Andezit Xust” kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son ölkə çempionu “Birbaşa” isə Çexiyanın “Brno” komandası ilə münasibətlərini aydınlaşdıracaq. Matçın start fiti saat 21:00-da səslənəcək.

Qeyd edək ki, “Aznur” ötən gün “Fransanın “Bayonna” komandasına 2:1 hesabı ilə qalib gəlib, “Birbaşa Bakı” isə İspaniya “Malaqa”sı ilə heç-heçə edib – 2:2.

Bənzər xəbərlər