Komandalarımızın İngiltərə təmsilçiləri ilə oyunlarda vurduğu yeganə qol
UEFA-nın rəsmi saytı Avropa Liqası çərçivəsində keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunundan bəhs edib. Msport.az xəbər verir ki, bu görüş sentyabrın 26-da Londonda olacaq:
“Son Xın Minin iki ciddi səbəbi var ki, “Tottenhem”in Azərbaycanın ən güclü klubuna qarşı son ev oyununu yada salsın. Koreyalı futbolçu Avropa Liqasının 2015-2016-cı illər mövsümündə “Qarabağ”ın qapısından 2 top keçirmişdi, həmin vaxt London klubu 3:1 hesabı ilə qələbə qazanmışdı. “Tottenhem” avrokuboklardakı bir illik fasilədən sonra yəqin ki, yenidən özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar”.
Fakt
Riçard Almeydanın adı çəkilən matçda penaltidən vurduğu qol Azərbaycan komandalarının (yeniyetmələr, gənclər, böyüklər, qadınlar, klublar) İngiltərə təmsilçiləri ilə qarşılaşmalarda yeganə qoludur. Qeyd edək ki, Azərbaycan təmsilçiləri müxtəlif səviyyələrdə ingilislərə qarşı 12 oyun keçiriblər.