featured-image-65014

“Nottingem Forest”in hücumçusu Tayvo Avoniyanın durumu açıqlanıb.

Msport.az xəbər verir ki, Premyer Liqanın 36-cı turunda “Lester”lə oyunda qapı dirəyinə çırpılaraq komaya düşən futbolçunun həyati təhlükəsinin olmadığı bildirilib.

Nigeriyalı 27 yaşlı forvardın vəziyyəti yaxşılaşır və intensiv terapiya davam edir. Ancaq onun daha bir əməliyyata girməsi gözlənilir.

Qeyd edək ki, Tayvo Avoniyi bu mövsüm Premyer Liqada keçirdiyi 26 oyunda 1 qol vurub.

Bənzər xəbərlər