“Komo” da Dele Allidən imtina etdi
İtaliyanın “Komo” klubu yarımmüdafiəçi Dele Alli ilə müqaviləni pozub. Msport.az xəbər verir ki, ingiltərəli futbolçu “Komo”da yalnız 1 oyun keçirib.
İtaliya A seriyasının 29-cu turunda 81-ci dəqiqədə meydana daxil olan Dele Alli 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb.
29 yaşlı futbolçunun karyerasını bitirməsi gözlənilir.