Caka və Embolo İsveçrə millisinə qaytarılır
İsveçrə Futbol İttifaqı (SFV) yarımmüdafiəçi Qranit Caka və hücumçu Brel Embolonun yenidən milli komandaya dəvət olunmasına imkan yaradıb.
Msport.az xəbər verir ki, “Sanderlend”in yarımmüdafiəçisi Caka və “Atlanta”nın hücumçusu Embolo bundan sonra milli komandaya namizədlər sırasında nəzərdən keçiriləcəklər.
Hər iki futbolçu daha əvvəl koronavirusa qarşı saxta peyvənd sertifikatları ilə bağlı qanun pozuntularına görə yığmadan kənarlaşdırılmışdı.
Hər iki futbolçu ilə bağlı qərar qurumun Mərkəzi Şurası tərəfindən qəbul olunub.







