featured-image-28394

“Börnli”nin baş məşqçisi Vensan Kompani “Çelsi” və ya “Tottenhem”ə rəhbərlik edə bilər.

Msport.az “The Times”ə istinadən xəbər verir ki, ilk mövsümdəcə “Börnli”ni Premyer Liqaya çıxaran 37 yaşlı mütəxəssis bu iki klubun diqqət mərkəzinə düşüb.

“Tottenhem” Antonio Konteni istefaya göndərdikdən sonra yeni baş məşqçi axtarır.

“Çelsi” isə Frenk Lempardı müvəqqəti, mövsümün sonuna kimi gətirib.

Kompanin “Börnli” ilə müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulub. O, daha əvvəl “Anderlext”də işləyib.

Kompani futbolçu karyerasının çox hissəsini “Mançester Siti”də keçirib.

ANAR

 

Bənzər xəbərlər