Kompani ilə danışıqlar başladı
Almaniyanın “Bavariya” klubu hazırda “Bernli”nin sükanı arxasında olan Vinsan Kompani ilə danışıqlara start verib.
Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, Münhen təmsilçisi 38 yaşlı mütəxəssisdə böyük potensial görür. Artıq tərəflər arasında danışıqların birinci mərhələsi baş tutub.
Qeyd edək ki, V.Kompani 2022-ci ildən “Bernli”ni çalışdırır. Premyer Liqanın bu mövsümünün sonunda klub 19-cu yeri tutub və elitanı tərk edib.