featured-image-48832

“Bavariya”nın yeni baş məşqçisi Vensan Kompani yeni komandasına ilk mümkün transferlə bağlı qərar verib.

Msport.az “TalkSport”a istinadən xəbər verir ki, belçikalı oyunçu “Kristal Pelas”dan Adam Uortonu Münhen təmsilçisində görmək istəyir.

20 yaşlı yarımmüdafiəçi bu qış “Blekbern”dən “Kristal Pelas”a keçib. O, kluba bu il transfer olunduğu üçün “Bavariya”nın oyunçunu almağın çətin ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, A.Uorton “Kristal Pelas”da 16 oyuna çıxıb.

Bənzər xəbərlər