featured-image-77209

Fransa millisinin futbolçusu İbrahima Konate “Liverpul”la müqaviləsinin müddətini uzatmağa yaxındır.

Msport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi özü bu barədə açıqlama verib.

Oyunçu Mersisayd təmsilçisi ilə uzun müddətdir danışıq apardıqlarını və razılığa çox yaxın olduqlarını bildirib. O, növbəti mövsümdə də bu komandanın formasını geyinmək ehtimalının yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, İbrahima Konatenin “Liverpul” ilə müqaviləsinin müddəti cari ilin yayında başa çatır.

Bənzər xəbərlər