featured-image-32456

“Atletiko Madrid”in futbolçusu Goffre Kondoqbiya karyerasını Fransa çempionatında davam etdirə bilər.

Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Marsel”ə keçməyə yaxındır. Tərəflər 8 milyon avroya razılıq əldə ediblər. Kondoqbiyanın yeni klubuyla müqaviləsi 2027-ci ilə qədər olacaq.

Qeyd edək ki, Kondoqbiya 2020-ci ildən Madrid klubunda çıxış edir. O, son mövsüm ərzində 28 oyuna çıxıb, 2 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər