featured-image-63979

UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.

Msport.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra yoluna davam edən 4 komanda bilinib.

“Çelsi” öz meydanında “Legiya”ya məğlub olsa da, yarımfinala adlayıb. Turnirin digər favoriti “Fiorentina” da kuboku qazanmaq iddiasını davam etdirib.

 

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab görüşləri

 

“Fiorentina” (İtaliya) – “Sele” (Sloveniya) 2:2

İlk oyun – 2:1

 

“Yagelloniya” (Polşa) – “Betis” (İspaniya) 1:1

İlk oyun – 0:2

 

“Çelsi” (İngiltərə) – “Legiya” (Polşa) 1:2

İlk oyun – 3:0

 

“Rapid” (Avstriya) – “Yurqorden” (İsveç) 1:4

İlk oyun – 1:0

 

Qeyd edək ki, yarımfinal mərhələsinə mayın 1-də start veriləcək. Bu raundda “Betis”lə “Fiorentina”, “Yurqorden”lə “Çelsi” üz-üzə gələcək.

Bənzər xəbərlər