featured-image-30131

Avropa Konfrans Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Msport.az xəbər verir ki, “Fiorentina” doğma meydanda uduzduğu “Bazel”lə səfərdə üz-üzə gəlib. İtaliya təmsilçisi səfər matçının əsas vaxtında uduzduğu hesabla qalib gəlib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran florensiyalılar finala yüksəliblər.

“Vest Hem” ilk oyunda olduğu kimi cavab görüşündə də “Alkmaar”ı məğlub edib və finala çıxıb.

Final matçı iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
18 may

Bazel (İsveçrə) – Fiorentina (İtaliya) 1:3
Qol: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.
İlk oyun – 2:1

Alkmaar (Niderland) – Vest Hem (İngiltərə) 0:1
Qol: Fornals, 90+4.
İlk oyun – 1:2.

Bənzər xəbərlər