Konfrans Liqası: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu
UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
Msport.az xəbər verir ki, daha 29 görüş keçirilib.
“Neftçi”nin potensial rəqiblərindən olan Bosniya və Herseqovinanın “Jelezniçar” klubu Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qonaqlar 2:0 öndə olduqları oyunda qələbəni son dəqiqələrdə buraxılan qollarla əldən veriblər.
“Sabah”ın potensial rəqiblərindən Şimali Makedoniyanın “Makedoniya” klubu Latviyanın RFS kollektivini qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Bu mərhələnin cavab matçları iyulun 18-də və 20-də keçiriləcək.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
13 iyul
“Tobol” (Qazaxıstan) – “Honka” (Finlandiya) 2:1
“Ararat” (Ermənistan) – “Eqnatiya” (Albaniya) 1:1
“İnter” (Andorra) – “Vikinqur” (Farer adaları) 2:1
“Pünik” (Ermənistan) – “Trans” (Estoniya) 2:0
“Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) 0:1
“Jilina” (Slovakiya) – “Levadiya” (Estoniya) 2:1
“Panevejis” (Litva) – “Milsami” (Moldova) 2:2
“Haka” (Finlandiya) – “Kruzeyders” (Şimali İrlandiya) 2:2
“Meqpays” (Cəbəllütariq) – “Dandolk” (İrlandiya) 0:0
“Alaşkert” (Ermənistan) – “Arsenal” (Tivat, Monteneqro) 1:1
“Domjale” (Sloveniya) – “Baltsan” (Malta) 1:4
“Dukagini” (Kosovo) – “Europa” (Cəbəllütariq) 2:1
“Qzira Yunayted” (Malta) – “Qlentoran” (Şimali İrlandiya) 2:2
“Hegelmann” (Litva) – “Şkupi” (Şimali Makedoniya) 0:5
“Riqa” (Latviya) – “Vikinqur” (Reykyavik, İslandiya) 2:0
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Sarayevo” (Bosniya və Herseqovina) 2:2
“Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) 2:1
“Proqres” (Lüksemburq) – “Gilani” (Kosovo) 2:2
“Penibont” (Uels) – “Santa Koloma” (Andorra) 1:1
“HB Torshavn” (Farer adaları) – “Derri Siti” (İrlandiya) 0:0
“Akureyri” (İslandiya) – “Nomads” (Uels) 2:0
“Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) 1:1
“Şkendiya” (Şimali Makedoniya) – “Haverforduest Kaunti” (Uels) 1:0
“Vaduts” (Lixtenşteyn) – Neman (Belarus) 1:2
“Sutyeska” (Monteneqro) – “Kosmos” (San Marino) 1:0
“Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) 2:2
“La Fiorita” (San Marino) – “Zimbru” (Moldova) 1:1
“Linfild” (Şimali İrlandiya) – “Vlajniya” (Albaniya) 3:1
“Maribor” (Sloveniya) – “Birkirkara” (Malta) 1:1







