Konfrans Liqası: Püşk atıldı
UEFA Konfrans Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Msport.az İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrini təqdim edir:
1/8 final
1. “Betis” (İspaniya) – “Vitoriya” (Portuqaliya)
2. “Yagelloniya” (Polşa) – “Serkl Brügge” (Belçika)
3. “Selye” (Sloveniya) – “Luqano” (İsveçrə)
4. “Panatinaikos” (Yunanıstan) – “Fiorentina” (İtaliya)
5. “Borats” (Bosniya və Herseqovina) – “Rapid” (Vyana, Avstriya)
6. “Pafos” (Kipr) – “Yurqorden” (İsveç)
7. “Molde” (Norveç) – “Legiya” (Varşava, Polşa)
8. “Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)
Oyunlar martın 6-da və martın 13-də keçiriləcək.
1/4 final
I. 1 cütünün qalibi – 2 cütünün qalibi
II. 3 cütünün qalibi – 4 cütünün qalibi
III. 7 cütünün qalibi – 8 cütünün qalibi
IV. 5 cütünün qalibi – 6 cütünün qalibi
Oyunlar aprelin 10-da və aprelin 17-də keçiriləcək.
1/2 final
I cütün qalibi – II cütün qalibi
III cütün qalibi – IV cütün qalibi
Oyunlar mayın 1-də və mayın 8-də keçiriləcək.
Final qarşılaşması mayın 28-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq.