featured-image-15877

Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Msport.az xəbər verir ki, azarkeşlərin UEFA-nın rəsmi saytındakı səsverməsinə əsasən, bu ada Türkiyənin “Sivasspor” klubunun hücumçusu Mustafa Yatabare layiq görülüb.

36 yaşlı forvard Rumıniyanın ÇFR komandasında doğma meydanda 3:0 hesabıyla qalib gəldikləri dubla imza atıb.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Luka Yoviç (“Fiorentina”, İtaliya), Matias Oyevusi (“Jalgiris”, Litva) və Yari Versxaren (“Anderlext”, Belçika) də namizəd idi.

Bənzər xəbərlər