featured-image-15853

Avropa Konfrans Liqasının qrup mərhələsində 5-ci turdan təxriə salınmış oyun keçirilib.

Msport.az xəbər verir ki, D qrupunda “Köln” Çexiyada “Slovaçko”nun qonağı olub.

Matç Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə penaltidən Andrey Duda vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Köln” 3-cü pillədəki yerini qoruyub. 4 xalı olan “Slovaçko” isə sonuncudur. Qrupa 8 xalla Fransa “Nitsa”sı başçılıq edir. Eyni xala malik Serbiya “Partizan”ı 2-ci sırada qərarlaşıb.

“Slovaçko” – “Köln” görüşü ötən gün qatı duman səbəbindən yarıda dayandırılmışdı.

Bənzər xəbərlər