featured-image-25316

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Sivasspor” İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Böyük hesabla məğlub olan Sivas klubu mübarizəni dayandırıb.

“Vilyarreal” İspaniyada Belçikanın “Anderlext” klubunun müqavimətini qırmağa çalışsa da, doğma meydanda uduzaraq mübarizəni dayandırıb. İtaliya “Latsio”su isə Niderlandda “Alkmaar”a məğlub olaraq yarışla vidalaşıb.

Polşa “Lex”i, İsveçrənin “Bazel”, Fransanın “Nitsa”, İngiltərənin “Vest Hem komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.

Xatırladaq ki, 1/4 finala ilk vəsiqəni ötən gün Türkiyədə “Başakşəhər”ə 4:1 hesabı ilə qalib gələn Belçika “Gent”i qazanmışdı.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları

16 mart

“Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya) 1:4
Qol: E.Yeşilyurt, 35 – Kabral, 44. Milenkoviç, 62. Qoutas, 78-öz qapısına. Kastrovilli, 89.
İlk oyun – 0:1

“Yurqorden” (İsveç) – “Lex” (Polşa) 0:3
Qol: Marçvinski, 77. Kvekveskiri, 90+1. Skoras, 90+2.
İlk oyun – 0:2

“Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) 2:2 (penaltilər 1:4)
Qol: Abubakari, 10. Kuçka, 17 – Kalafiori, 53. Amduni, 90+3.
İlk oyun – 2:2

“Nitsa” (Fransa) – “Şerif” (Moldova) 3:1
Qol: Laborde, 30. Moffti, 53. Brahimi, 79 – Tapsoba, 54.
İlk oyun – 1:0

“Vest Hem” (İngiltərə) – AEK (Larnaka, Kipr) 4:0
Qol: Skamakka, 21. Bouen, 47; 49. Mubama, 65.
İlk oyun – 2:0

“Vilyarreal” (İspaniya) – “Anderlext” (Belçika) 0:1
Qol: Slimani, 73.
İlk oyun – 1:1

“Alkmaar” (Niderland) – “Latsio” (İtaliya) 2:1
Qol: Karlsson, 28. Pavlidis, 62 – F.Anderson, 21.
İlk oyun – 2:1

Bənzər xəbərlər