featured-image-24883

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Msport.az xəbər verir ki, bu ada İngiltərənin “Vest Hem” komandasının hücumçusu Maykl Antonio layiq görülüb.

Yamaykadan olan 32 yaşlı forvard Kiprin AEK (Larnaka) komandasına səfərdə 2:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atmışdı.

Konfrans Liqasında həftənin ən yaxşısı oyunçusu adına Yesper Karlsson (“Alkmaar”, Niderland), Vladimir Vayss (“Slovan”, Bratislava, Slovakiya) və Antonio Miliç (“Lex”, Polşa) də namizəd idi.

Bənzər xəbərlər