featured-image-24725

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Msport.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçirilib.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşəhər”i ilə üz-üzə gəlib. Tərəflər bu oyundan bərabərliklə ayrılıblar. Türkiyənin bu turnirdəki digər təmsilçisi “Sivasspor” isə səfərdə “Fiorentina” ilə qarşılaşıb və məğlubiyyətə üzülüb.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa “Lex”i və İsveçrə “Bazel”i isə evdə müvafiq olaraq, İsveç “Yurqarden”i və Slovakiya “Slovan”ı ilə üz-üzə gəlib. “Bazel” ilk oyunda heç-heçə ilə kifayətlənibsə, “Lex” inamlı qələbəyə sevinib.

Xatırladaq ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “Alkmaar” komandaları arasında keçirilib. Bu matç qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Bu raundun cavab matçları martın 16-da olacaq.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları

9 mart

AEK (Larnaka, Kipr) – Vest Hem (İngiltərə) 0:2
Qol: M.Antonio, 36; 45+2.

Şerif (Moldova) – Nitsa (Fransa) 0:1
Qol: Amraui, 45+3.

Anderlext (Belçika) – Vilyarreal (İspaniya) 1:1
Qol: Dreyer, 57 – Triqeros, 28.

Fiorentina (İtaliya) – Sivasspor (Türkiyə) 1:0
Qol: A.Barak, 69.

Lex (Polşa) – Yurqarden (İsveç) 2:0
Qol: Miliç, 39. Marçvinski, 82.

Bazel (İsveçrə) – Slovan (Slovakiya) 2:2
Qol: Amduni, 6. Zeqiri, 40 – Medvedev, 17. Abubakari, 70.

Gent (Belçika) – Başakşəhər (Türkiyə) 1:1
Qol: Orban, 45 – Okaka, 16.

Bənzər xəbərlər