featured-image-25420

Avropa Konfrans Liqasının cari mövsümündə sonuncu püşkatma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan mərasimə Bakı vaxtı ilə saat 17:00-da start verilib.

Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olub. Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-birilə rəqib ola bilərdi.

1/4 finalın ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Püşkatmanın nəticələri belədir:

1/4 final
1. “Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
2. “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
3. “Alkmaar” (Niderland) – “Anderlext” (Belçika)
4. “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)

Yarımfinal
A. 1-ci cütün qalibi – 4-cü cütün qalibi
B. 2-ci cütün qalibi – 3-cü cütün qalibi

Final
A cütünün qalibi – B cütünün qalibi

Bənzər xəbərlər