Konfrans Liqasının 2024 və 2025-ci illərdəki finallarının stadionu müəyyənləşdi
UEFA Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri müəyyənləşib.
Msport.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin iclasında 2024-cü ilin həlledici görüşünün Afinaya (Yunanıstan), 2025-ci ildə isə finalın Vroslava (Polşa) həvalə olunması qərara alınıb.
Afinadakı “Aqya Sofiya” stadionu yeni olduğundan və beynəlxalq səviyyədə oyun qəbul etmədiyindən, UEFA orada baxış keçirəcək. Təsdiq üçün şərt olaraq müşahidə müddəti müəyyən edilib.
Bundan başqa, 2025-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalına Portuqaliyanın paytaxtı Lissabon, 19 yaşadək qızlar arasında Avropa çempionatına isə Polşa ev sahibliyi edəcək.







