featured-image-20739

“Tottenhem” yayda baş məşqçisi Antonio Konteni istefaya göndərə bilər. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, rəhbərlik komandanın hazırkı durumundan narazıdır və italiyalı mütəxəssisin gələcəyi sual altındadır.

53 yaşlı məşqçinin müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub. Amma anlaşmanın bir il artırıla biləcəyi ilə bağlı bənd var.

Əgər oyun  və nəticələr dəyişməsə, “Tottenhem” müqaviləni uzatmaqdan imtina edəcək.

London klubu son 9 oyunun 5-də uduzub. “Tottenhem” hazırda turnir cədvəlində 5-ci yeri tutur.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər