Konte yaxın günlərdə istefaya göndərilə bilər
Antonio Konte böyük ehtimalla yaxın vaxtlarda “Tottenhem”in baş məşqçi postundan uzaqlaşdırılacaq. Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, London klubunun Direktorlar Şurasının sədri Daniel Levi italiyalı mütəxəssisi milli komandaların oyunları zamanı yaranan fasilədə uzaqlaşdırmaq niyyətindədir. Düzdür, hələ ki yekun qərar qəbul olunmayıb.
Konte son müsahibəsindən sonra Levi ilə görüşüb və onu inandırmağa çalışıb ki, heç də klub əleyhinə danışmayıb.
Klub rəhbəri düşünür ki, Konte öz futbolçuları tənqid etdikdən sonra onları qarşıdakı matçlara necə motivasiya edəcək.
Konte istefaya göndərilərsə, Rayan Meyson mövsümün sonuna kimi baş məşqçi vəzifələrini yerinə yetirəcək.
28 oyundan sonra 49 xal toplayan “Tottenhem” İngiltərə Premyer Liqasında 4-cü yeri tutur.
ANAR ABDULLAYEV







