featured-image-25636

“Tottenhem”in baş məşqçisi Antonio Konte böyük ehtimalla yayda komandanı tərk edəcək. Msport.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, italiyalı mütəxəssis yanvar-fevral aylarından bu yana futbolçularla yola getmir. Bu səbəbdən də o, indiyədək müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparmayıb. Kontenin anlaşması bu ilin iyununda başa çatır.

53 yaşlı mütəxəssis mövsümün sonuna kimi gözləyib yekun qərarı həmin vaxt vermək niyyətində idi. Lakin yaxınlarının sözlərinə görə, Konte İngiltərədə qalmayacaq, o, İtaliyaya qayıdacaq.

Ola bilsin ki, dünənki mətbuat konfransından sonra “Tottenhem” və Konte müqaviləni daha tez pozdular. Əgər bu baş verməsə, o, yayda komandanı tərk edəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər