"Konyaspor" daha bir futbolçu transfer edir - Mahirə rəqib gəlir
Türkiyədə baş vermiş zəlzələ, çempionatın təxirə salınması ilə bağlı transfer pəncərəsi uzadılıb.
Msport.az xəbər verir ki, FİFA Super Liqada transfer dönəminin martın 5-ə kimi davam etməsinə icazə verib.
Milli komandamızın üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” bu müddətdə Əyub Əl Kaabinin keçidini həll etməyə çalışacaq. 29 yaşlı mərakeşli futbolçu “Hatayspor”da çıxış edib. Hatay təmsilçisi Super Liqadan çəkildiyindən bu klubun oyunçularının digər komandalara keçməsi elə bir problem yaratmır.
Hücumçu bu mövsüm Super Liqada 21 oyuna 8 qol vurub.
Əl Kaabi “Hatayspor”dan əvvəl Mərakeşin “Rasinq”, “Renessans Berkan” “Vidad”, Çinin “Çayna Forçun” komandalarının şərəfini qoruyub. O, Mərakeş millisində 37 oyunda 20 qol vurub.
Əl Kaabi daha çox hücumun sağ cinahında yer alsa da, mərkəz forvard və sol vinger kimi də oynayıb.
AYXAN







