“Kopenhagen”in 15-ci çempionluğu!
“Kopenhagen” klubu Danimarka Super Liqasında çempionluq titulunu qoruyub. Msport.az xəbər verir ki, Yakob Neestrupun komandası “Viborq” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq 1-ci yeri özünə təmin edib.
Bu, paytaxt təmsilçisinin 15-ci titulu olub. “Kopenhagen” Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək.







