featured-image-32300

“Çelsi”nin futbolçusu Mateo Kovaçiç “Mançester Siti”yə keçməyə yaxındır.

Msport.az məşhur insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, “şəhərli”lər xorvatiyalının transferini yekunlaşdırmaq üzrədir.

Kovaçiç MS ilə 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədə olacaq müqavilə bağlayacaq.

“Mançester Siti”nin Mateoya görə “Çelsi”yə 29 milyon avro və daha 6 milyon avro bonus ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Kovaçiç son mövsüm ərzində 37 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər