featured-image-83696

“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycandakı futbol səviyyəsini Polşa çempionatı ilə müqayisə edib.

Msport.az xəbər verir ki, hazırda Polşanın “Veçista” (Krakov) komandasında çıxış edən 26 yaşlı qolkiper bu barədə “Goal” nəşrinə müsahibəsində danışıb.

Koxalski Polşa çempionatının bütün baxımdan Azərbaycan Premyer Liqasından üstün olduğunu iddia edib: “Düşünürəm ki, Polşa Ekstraklasasında hər şey daha yaxşıdır. İstisnasız hər şey. Azərbaycanda bundan daha yaxşı olan heç nə yoxdur”.

Bununla belə, polşalı futbolçu “Qarabağ”ın ölkəsinin çempionatında yüksək yerlər uğrunda mübarizə apara biləcəyini vurğulayıb: “Düşünürəm ki, “Qarabağ” ilk üçlük uğrunda mübarizə aparardı. Bəli, məhz “Qarabağ”. Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” da yüksək yerlərdən birini tuta bilərdi. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər”.

Qeyd edək ki, Koxalski 2024-cü ildə Polşanın “Stal” (Melets) komandasından “Qarabağ”a transfer olunub. O, Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu olub və Çempionlar Liqasında çıxış edib. 2026-cı ilin yayında “Qarabağ”dan ayrılan qapıçı hazırda “Veçista”nın formasını geyinir.

Bənzər xəbərlər