featured-image-20116

“Əl Nəsr”in hücumçusu Kristiano Ronaldonun bacısı Katya Aveyro sosial şəbəkə hesabında paylaşım edib.

Msport.az xəbər verir ki, o, qardaşının Səudiyyə Ərəbistanı klubundakı təqdimat mərasimi ilə bağlı bu sözləri yazıb:

“Nə gözəl! Kralla lazım olduğu kimi rəftar edilir!”

Ronaldo “Əl Nəsr”lə 2 illik müqaviləyə imza atıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Bənzər xəbərlər