featured-image-28847

“Krasnodar” azarkeşləri “Spartak”la oyunda ağır zədə alan Kadi Borges üçün bir araya gəliblər. Msport.az xəbər verir ki, Rusiya klubunun tərəfdarları braziliyalı futbolçuya dəstək məqsədi ilə videoçarxa çəkiliblər. Bu videonu paylaşan “Qarabağ”ın sabiq oyunçusu hər kəsə təşəkkür edib:

“Elədiyinizi görmək mənim motivasiyamı artırır ki, qısa vaxt ərzində meydana qayıdım və sizə qələbələr, emosiyalar bəxş edim. Əmin olun, əlimdən gələni edəcəm ki, daha güclü dönüm. Hər kəsə ürəkdən təşəkkür edirəm”.

Xatırladaq ki, yarımmüdafiəçi Moskva klubu ilə oyunda Georgi Cikiya ilə toqquşaraq ağır zədə alıb və mövsümü qapayıb.

Kadi “Qarabağ”dan “Kransodar”a 5 milyon avroya transfer olmuşdu.

AYXAN 

Bənzər xəbərlər