"Kriştiano həmişə deyir ki, "neynirsən bu qədər çantanı?" - Corcinya Rodriqes
Kriştiano Ronaldonun xanımı Corcinya evlərindəki qarderobdan danışıb. Msport.az “As”a istinadən xəbər verir ki, pul onu dəyişmədiyini deyib:
“Bizim Kriştiano ilə ümumi, çox nəhəng qarderobumuz var. Mən hələ heç bütün paltarlarımı geyinməmişəm. Qarderob o qədər böyükdür ki, Kriştiano xahiş etdi, onu bir az doldurum. Lakin bizim Madriddə də geyimlərimiz çox qalıb.
Mənim hardasa 150 çantam var. Kriş həmişə soruşur ki, “neynirsən bu qədər çantanı”? O, mənə özündə olan çantadan, amma daha böyüyünü hədiyyə eləməkdən imtina etdi. Mən də dedim ki, özüm alaram. Min dənə çantan olsa da, özünü yenidən düşünürsən.
Pul məni dəyişməyib. Pul məni daha yaxşı istiqamətə aparır, çünki ailəmə, dostlarıma əvvəlkindən çox kömək edə bilirəm”.
ANAR ABDULLAYEV







