Kriştiano Ronaldo daha 2 il "Əl Nəsr"də - RƏSMİ
Kriştiano Ronaldo “Əl Nəsr”lə müqaviləsini uzadıb. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu daha 2 il Səudiyyə Ərəbistnı klubunda çıxış edəcək.
“Əl Nəsr” başa çatan mövsümdə heç bir titul qazana bilməyib. Komanda 70 xalla çempionatda 3-cü yeri tutub.
40 yaşlı hücumçu 2023-cü ilin yanvarından “Əl Nəsr”in şərəfini qoruyur.