featured-image-28987

Kriştiano Ronaldo “Əl Nəsr”i tərk edə bilər. Msport.az “El Nacional”a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanından ayrılmaq istəyir.

İddiaya görə, 37 yaşlı hücumçu bu ölkənin həyat tərzinə adaptasiya ola bilmir və “Əl Nəsr”də oynamaqdan bezib. Mənbənin sözlərinə görə, futbolçu “Real”a qayıtmaq istəyir. Lakin Madrid klubunun prezidenti Florentino Peres ona futbolçu kimi yox, klub rəhbərliyində iş təklif edə bilər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər