Kriştiano Ronaldo ən çox sevdiyi məşqçinin adını açıqladı - Ser Aleks yəqin ki, inciyəcək
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodan karyerasında işlədiyi ən sevimli məşqçinin adını çəkməsini istəyiblər.
Msport.az xəbər verir ki, “Əl Nəsr”in hücumçusu ən çox “Mançester Yunayted”də Aleks Ferqyusonun rəhbərliyi altında oyun keçirib – 292.
Amma maraqlıdır ki, ulduz futbolçu əfsanəvi ser Aleksin adını çəkməyib:
“Mən birinci yerə Joze Mourinyonu qoyardım. Bir çox böyük, əfsanəvi məşqçilərin rəhbərliyi altında çıxış etmişəm. Lakin Joze çox güclü analitik idi. O, hər şeyə fikir verirdi, özü də ətraflı”.
Qeyd edək ki, Mou da həmişə həmyerlisi haqqında ağızdolusu danışıb: “Ronaldo inanılmaz oyunçudur. O, fransızlar üçün Zinəddin Zidan kimidir, çünki yerinə başqası gəlməyəcək. Onun karyeramda xüsusi yeri var. İndiyədək gördüyüm ən peşəkar futbolçudur”.
ANAR







