Kriştiano Ronaldo Ər Riyada gəlib - Fotolar
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına gəlib. Msport.az “Əl Nəsr” klubunun səhifəsinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunu gətirən təyyarə Ər Riyada düşüb.
Bu gün Bakı vaxtı ilə saat 20:00-da ulduz futbolçu “Əl Nəsr”in oyunçusu kimi ictimaiyyətə təqdim olunacaq. Tədbir “Mrsul Park” stadionunda kseçiriləcək və 30 min azarkeşin gəlməsi gözlənilir.