Kriştiano Ronaldo Mançesterdəki malikanəsini satışa çıxardı - FOTOLAR
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçdikdən sonra Mançesterdəki malikanəsini satışa çıxarıb.
Msport.az “The Sun”a istinadən xəbər verir ki, ev prestijli Olderli Edj rayonundadır. Malikanənin ilkin qiyməti 5,5 milyon funt sterlinq (6,5 milyon dollardan bir qədər çox) qiymətləndirilir.
Əmlak agenti Cekson Stops evi müasir dizaynın şedevri kimi dəyərləndirir.
Burda qonaq otağı, üstüqapalı basseyn, ultramüasir fitnes zalı, tennis üçün kortlar, istirahət zonası və böyük kinozal var.
ANAR ABDULLAYEV











