featured-image-25349

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo AÇ-2024-ün seçmə mərhələsinin oyunları üçün Portuqaliya millisinə dəvət olunacaq.

Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, portuqaliyalılar martın 23-də Lixtenşteyn, 26-da isə Lüksemburqla qarşılaşacaqlar. Ronaldonun bu oyunlara çağırılması gözlənilir.

Bu görüşlər Roberto Martinesin Portuqaliya yığmasının baş məşqçisi kimi ilk oyunları olacaq.

38 yaşlı futbolçu millidə son ooyununu Qətərdə keçirilən dünya çempionatının 1\4 finalında Mərakeşə qarşı keçirmişdi – 0:1.

Xatırladaq ki, Martines baş məşqçi postuna keçdikdən sonra Ronaldonu yığmaya çağırmağa hazır olduğunu demişdi.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər