Kriştiano Ronaldo müsəlmanları təbrik etdi
Kriştiano Ronaldo Ramazan ayının başlaması münasibəti ilə müsəlmanları təbrik edib. Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu tvitterdə paylaşım edib:
“Bütün müsəlmanların Ramazan bayramı mübarək!”
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edir.
Qeyd edək ki, Ramazan ayı bu gündən başlayıb.
ANAR







