featured-image-33555

“Lans”ın yarımmüdafiəçisi Seko Fofana Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Transfer məbləği təxminən 25-30 milyon avro olacaq.

28 yaşlı futbolçu ötən mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 39 oyun keçirib 9 qol vurub və 6 məhsuldar ötürmə verib.

Onun “Lans”la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaqdı.

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr”də Marselo Brozoviç, David Ospina, Taliska kimi futbolçular çıxış edir.

ANAR 

Bənzər xəbərlər