Kriştiano Ronaldonun pulunu kim verir?
Kriştiano Ronaldo “Əl Nəsr”ə keçərək dünyanın ən yüksək ödənişli futbolçusu oldu. Müxtəlif bonusları da nəzərə alsaq, portuqaliyalı ulduz futbolçu Səudiyyə Ərəbistanında ilinə 200 milyon dollar qazanır.
Msport.az “The Atletic”ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun maaşının 90 faizi Səudiyyə Ərəbistanının büdcəsindən ödənilir. “Əl Nəsr” 200 milyon dollardan yalnız 10 faizini verir.
Xatırladaq ki, Ronaldo hazırda dünyanın ən yüksək ödənişli futbolçusudur. 2-ci yerdə ilinə 128 milyon dollar qazanan PSJ-nin fransalı forvardı Kilian Mbappe gedir. Lionel Messi siyahıda 3-cü yeri tutur. Argentinalı dünya çempionu ildə 110 milyon qazanır.
PSJ-nin daha bir ulduzu – Neymar 87 milyonla 4-cü sıradadır. “Liverpul”dan Muhammed Salah 53 milyon, “Mançester Siti”dən Erlinq Haaland isə ildə 39 milyon maaş alır.
ANAR ABDULLAYEV







