featured-image-17631

Posrtuqaliya millisinin hücumçusu Kriştiany Ronaldu dünya çempionatında Qana ilə qrupdakı ilk oyunda penaltidən fərqlənib.

Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu ardıcıl 5-ci dünya çempionatında qol vurub.

Ronaldu bundan əvvəl DÇ-2006, DÇ-2010, DÇ-2014 və DÇ-2018-də də rəqib qapılarına yol tapıb. Beləliklə, ulduz futbolçu 5 mundialda qol vurmuş ilk futbolçu olub.

DÇ-2022 Mesinin də 5-cü dünya çempionatı olsa da, Argentina yığmasının lideri 2010-cu ilin mundialında fərqlənə bilməyib.

 

 

Bənzər xəbərlər