featured-image-30176

Tanınmış almaniyalı məşqçi Kristof Daum reanimasiyaya yerləşdirilib.

Msport.az xəbər verir ki, “Beşiktaş” və “Fənərbaxça” kimi klubları çalışdırmış mütəxəssis xeyli vaxtdır ki, onkoloji xəstəlikdən əziyyət çəkir.  70 yaşlı məşqçi Nyu Yorkdakı xəstəxanalardan birində intensiv müalicə alır.

Ötən ilin yayında almaniyalı çalışdırıcıya ağciyər xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, Kristof Daum 1Türkiyə klubları ilə yanaşı, “Köln”, “Bayer, “Ştuttqart”, “Ayntraxt” (hamısı Almaniya),”Austriya” (Avstriya), “Brügge” (Belçika)  kimi komandaları çalışdırıb. O, son olaraq 2016-2017-ci illərdə Rumıniya millisində işləyib.

ANAR

Bənzər xəbərlər