Kristof Qaltye: "Pis nəticələrə görə hamımız məsuliyyət daşıyırıq"
PSJ-nin baş məşqçisi Kristof Qaltye klubdakı vəziyyət və son oyunlardakı uğursuzluqlardan danışıb. Msport.az xəbər verir ki, Paris klubu 2023-cü ildə bütün turnirlərdə 18 matçın səkkizində məğıub olub.
“Biz hamımız pis nəticələrə görə məsuliyyət daşıyırıq. Qalib gələndə hər kəs öz rolunu yerinə yetirir, uduzanda isə hamı günahın bir hissəsini öz üzərinə götürməlidir”.
Ardıcıl uğursuz oyunlardan sonra PSJ-nin “Lans” və “Marsel”lə xal fərqi 6-ya enib.
Gəzən xəbərlərə görə, klub istədiyi namizədi tapsa, artıq iyunda Qaltye istefaya göndəriləcək.
ANAR







