featured-image-17551

Polşanın “Visla” komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Plotsk təmsilçisi Slovakiyanın “Jilina” kollektivi ilə üz-üzə gəlib.

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi Polşa təmsilçisi bu oyunda böyük hesabla məğlub olub – 0:4.

Anton bu görüşə start heyətdə başlayıb. O, 73-cü dəqiqədə, hesab 0:3 olarkən əvəzlənib.

Bənzər xəbərlər