featured-image-24997

Futbol üzrə Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Pohanq”la qarşılaşıb. Matç qolsuz başa çatıb – 0:0.

Anton da bu görüşün iştirakçısı olub. O, əvvəlki iki turda olduğu kimi, bu dəfə də 90 dəqiqə oynayıb.

“Daejeon” hazırda 5 xalla 4-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər