Krivotsyukun komandası uduzdu
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Cənubi Koreyanın “Dajeon” çempionatda növbəti matçına çıxıb.
Msport.az xəbər verir ki, onlar lider “Ulsan”ı qonaq ediblər.
Matç “Dajeon”un 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Krivotsyuk 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Dajeon” 32 oyundan sonra 35 xalla turnir cədvəlində 9-cudur.