featured-image-43991

İspaniyanın “Real” klubu futbolçusu Toni Kroosun müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Paytaxt təmsilçisi almaniyalı təcrübəli yarımmüdafiəçinin daha bir mövsüm komandada qalmasını istəyir.

Qeyd edək ki, 2014-cü ildən “Real Madrid”də çıxış edən almaniyalı oyunçu bu müddət ərzində 3 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, eyni sayda UEFA Super Kubokunun, 5 dəfə klublararası dünya çempionatının, 1 dəfə İspaniya Kubokunun, 3 dəfə isə İspaniya Super Kubokunun qalibi olub.

Bənzər xəbərlər