featured-image-48542

İspaniyanın “Real” klubu karyerasını bitirməyə qərar verən almaniyalı yarımmüdafiəçi Toni Kroosun yerinə iki namizəd müəyyənləşdirib.

Msport.az “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi “Bavariya”dan Yozua Kimmix, “Mançester Siti”dən Rodrini heyətinə qatmaq istəyir.

İspaniya nəhənginin bu yay iki orta xətt oyunçusundan birini heyətə qatmağı hədəflədiyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildən “Real”ın formasını geyinən Kroos paytaxt təmsilçisinin forması ilə ümumilikdə 463 matça çıxaraq 28 qol və 98 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər