featured-image-29187

“Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadrado mövsümün sonunda Turin klubunu tərk etməyi qərara alıb.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Mənbənin sözlərinə görə, kolumbiyalı futbolçu rəhbərliyin yeni müqavilə təklifini gözləməyəcək və özünə komanda axtarışına çıxacaq.

Onun “Yuve” ilə müqaviləsi iyunun sonuna qədərdir. İtaliya klubu 34 yaşlı futbolçunu havayı buraxmağın əleyhinə deyil.

“Transfermarkt”ın qiymətləndirməsinə görə, Kuadradonun dəyəri 5 milyon avrodur.

O, 2015-ci ildən “qoca sinyora”nın şərəfini qoruyur. Yarımmüdafiəçi Turin klubunda 5 dəfə Skudettonu, iki dəfə İtaliya kubokunu və iki dəfə Superkuboku qazanıb.

Kuadrado bu mövsüm bütün turnirlərdə 41 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər