featured-image-65055

Ukrayna Kubokunda 2024-25 mövsümünün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, turnirin finalında əzəli rəqiblər – Kiyev “Dinamo”su və “Şaxtyor” qarşılaşıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan donetsklilər 6:5 hesablı qələbə qazanıb.

Bununla “Şaxtyor” tarixində 15-ci dəfə ölkə kubokunu muzeyinə aparıb.

Bənzər xəbərlər